Tehran ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinə cavab tədbirləri görəcək.
Oxu.Az xəbər verir ki, bu barədə “Mehr” agentliyi İranın XİN nümayəndəsi Bəhram Qasemiyə istinadən məlumat yayıb.
Diplomatın sözlərinə görə, onun həmkarları təlimatlar hazırlayaraq İranın bütün dünyadakı səfirlərinə göndəriblər.
“Bu təlimatlar xaricdə yaşayan, xüsusilə də ABŞ-da çətinliklərə üzləşən iranlıların şərəf və ləyaqətinə hörmətə aiddir”, - o qeyd edib.
Daha öncə Trampın fərmanı ilə ABŞ ərazisinə Suriya, Yəmən, Sudan, Liviya, Somali, İraq və İran vətəndaşlarına girişin məhdudlaşdırıldığı barədə məlumat yayılıb.
Bir müddət sonra İraq parlamenti Trampın miqrasiya siyasətinə qarşı cavab tədbirlərinin görülməsinə səs verib.
N.O.
www.oxu.az