İŞİD terror təşkilatı dekabrın 19-da Berlində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə dekabrın 20-də Reuters nəşri yaraqlıların Amaq informasiya agentliyinə istinadən yazır.
Qeyd edək ki, bundan əvvəl bu iş üzrə şübhəli şəxs dəlillərin az olması səbəbindən sərbəst buraxılıb. O öz ifadəsində cinayətdə əli olmasını inkar edib. Şahidlər yük avtomobilinin sürücüsünü tanıya bilməyiblər, bu səbəbdən şübhəli şəxsin hücum zamanı sükanın arxasında olmasını sübut etmək mümkün olmayıb.
Xatırladaq ki, dekabrın 19-da Almaniyada yük avtomobili Yeni il yarmarkasında insanların üstündən keçib. Sürücü hadisə yerindən qaçıb. Hücum zamanı 12 nəfər ölüb, daha 48 nəfər isə yaralanıb. Almaniya hakimiyyəti hadisəni terror aktı kimi qiymətləndirib.
S.B.
www.oxu.az