İsrail hərbçiləri Qəzza zolağına zərbə endiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Ordunun bəyanatında bildirilib ki, hücumun hədəfi HƏMAS-a məxsus hərbi obyekt olub. Məlumata görə, həmin obyekt Qəzza şəhərində yerləşib və silah hissələrinin istehsalı üçün istifadə olunub.
İsrail tərəfinin qiymətləndirməsinə əsasən, bu istehsal müəssisəsi HƏMAS tərəfindən hərbi potensialını bərpa etmək cəhdləri üçün istifadə edilirdi.
Hərbçilərin məlumatına görə, zərbə zamanı obyektin ərazisində olan bir neçə HƏMAS üzvü ilə birlikdə həmin obyekt tamamilə məhv edilib.