İsrail ilk dəfə döyüşlərdə İranın raket və pilotsuz təyyarələrini ələ keçirmək üçün "Dəmir şüa" lazer hava hücumundan müdafiə sistemindən istifadə etməyə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a İsrailin Moskvadakı səfirliyinin nümayəndəsi məlumat verib.
O qeyd edib ki, İranla qarşıdurmada bu sistem ilk dəfə döyüş şəraitində istifadə olunub.
"Dəmir şüa" sistemi lazer şüasından istifadə edərək qısamənzilli raketləri, həmçinin minaatan və artilleriya mərmilərini tutmaq üçün nəzərdə tutulub. Onun kiçik PUA-ları da məhv edə bildiyi güman edilir.