İsrailin Suriya paytaxtına endirdiyi hava zərbələri nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beş zabiti öldürülüb.
Məlumata görə, onlardan ən yüksək rütbəlisi general olub.
Belə ki, ölənlər arasında Əl-Qüds qüvvələrinin kəşfiyyat xidmətinin komandiri, general Yusef Omid Zadə də var. SEPAH hərbi məsləhətçilərinin öldüyünü təsdiqləyib.
Mənbə: TASS
16:39
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin kəşfiyyat xidmətinin komandiri, general Yusif Omid Zadə Suriya paytaxtında İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə nəticəsində ölüb.
Raket zərbələri Dəməşqin qərbində iranlı hərbi müşavirlərin yaşadığı Mezze məhəlləsindəki malikanələrdən birinə endirilib. Generalla yanaşı daha bir neçə iranlı zabit, eləcə də suriyalı hərbçilər həlak olublar.
SEPAH İsrailin zərbəsi nəticəsində dörd hərbi məsləhətçisinin öldüyünü təsdiqləyib.
Hücumda üç təyyarə iştirak edib. Şura üzvlərinin yaşadığı dördmərtəbəli ev tamamilə dağılıb. İranlı zabitlər üçün yataqxana kimi xidmət edən malikanə İran səfirliyinin yaxınlığında yerləşir. Ərazidə həmçinin Fələstinin bir neçə təşkilatının da qərargahı yerləşir.
Mənbə: TASS