İstanbul şəhərində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 30 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Bildirilib ki, yaralananlardan ikisinin vəziyyəti ağırdır.
Hadisə səhər saatlarında Türkiyə meqapolisinin Avropa hissəsində yerləşən Eyüpsultan rayonunda qeydə alınıb. Polisin ilkin ehtimalına görə, avtobusun sürücüsü hava şəraiti ilə əlaqədar sürüşkən olan yolda idarəetməni itirərək əvvəlcə qarşıdakı avtomobilə, daha sonra isə yol nişanı olan dirəyə çırpılıb. Bələdiyyədən bildirilib ki, xəsarət alanların hamısı yerli vətəndaşlardır və onların arasında uşaqlar da var.
İyulun 25-nə keçən gecə Türkiyənin Avropa hissəsindəki Kırıkkale vilayətində daha bir ağır yol-nəqliyyat hadisəsi baş verib. Burada da pis hava şəraiti səbəbindən sürücü idarəetməni itirib və avtobus Kırıkkale - Çorum magistralından çıxaraq aşıb. Yerli qurumlar 40 nəfərin yaralandığını və onların arasında əcnəbilərin olmadığını təsdiqləyiblər.