Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İsveçrə Rusiyanın hava və dəniz limanları ilə ticarət əlaqələrini qadağan etdi
Avropa İttifaqının ardınca İsveçrə hakimiyyəti də Rusiyada altı hava limanı və beş dəniz limanı ilə ticarət fəaliyyətini qadağan edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İşveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) saytında məlumat verilib.
Bu məlumata görə, qadağa Moskvanın Vnukovo və Jukovski hava limanları, həmçinin Perm və Pskov da daxil olmaqla dörd regional hava limanı ilə əməliyyatlara tətbiq edilir. Həştərxan, Mahaçqala, Novorossiysk, Primorsk və Ust-Luqa dəniz limanları da sanksiyalara məruz qalıb.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Paşinyan: "Ermənistan Rusiya ilə münasibətləri kəsmək niyyətində deyil"
- "Spiegel": "Aİ-dəki fikir ayrılıqları Rusiyaya qarşı sanksiyalara əngəllər yaradır"
- Sanksiyalar, yoxsa rahatlıq? - Aİ-nin Rusiyadan idxal etdiyi neft və qazın həcmi açıqlandı
- Ukrayna XİN: "Zelenski NATO, Aİ və G7 sammitlərinə dəvət alıb"
- Le Pen Avropa İttifaqında islahatlara çağırır
Ən çox oxunanlar