Kiyev Maydanında “Azad Səma” adlı musiqili aksiya keçirilib.
Konsert prezident Volodimir Zelenskinin dünya ölkələrinə Ukrayna səmasını bağlamaq və müharibəni dayandırmaq çağırışına dəstək məqsədilə təşkil olunub.
Tədbirdə Dirijor, YUNESKO-nun sülhməramlı artisti Herman Makarenkonun rəhbərliyi ilə Kiyev Klassik Simfonik Orkestrinin musiqiçiləri Ukrayna və Avropanın himnlərini, eləcə də bir sıra məşhur Ukrayna musiqi əsərlərini ifa ediblər.
Mənbə: unian.net