Ermənistanın ikinci prezidenti Robert Köçəryanın baş nazir Nikol Paşinyana qarşı qaldırdığı iddia üzrə ilk məhkəmə iclası iyunun 23-də keçiriləcək.
Bu barədə datalex.am xəbər verir.
Robert Köçəryan şərəf və ləyaqətinin ictimai çıxışda ləkələndiyi iddiası ilə məhkəməyə müraciət edib.
Məhkəmənin ilkin iclası 23 iyun saat 14:00-da keçiriləcək.
Qeyd edək ki, N.Paşinyan çıxışlarının birində bildirmişdi ki, R.Köçəryan tərəfindən oğurlanmış dövlət vəsaiti müsadirə edərək ordunun ehtiyaclarının təmin edilməsinə yönəldiləcək.