Konqo Demokratik Respublikasında göyərtəsində sənaye nazirinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxaraq yanıb.
Oxu.Az bu barədə "Actialite" portalına istinadən xəbər verir.
Hadisə Kolvezi şəhərindəki aeroportda baş verib. Təyyarənin göyərtəsində 20 sərnişin olub. İnsident nəticəsində heç kəs xəsarət almayıb.