Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Le Monde" və "Liberation" "X"i tərk edir
Fransanın iki ən böyük qəzeti "Le Monde" və "Liberation" daha "X" sosial şəbəkəsində xəbərlər dərc etməyəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, nəşrlər bu addımı İlon Maskın şəbəkəni idarə etməsi üsulları ilə razılaşmadıqları üçün atıblar.
"Bu platforma ilə əməkdaşlıq artıq qəzetimizin dəyərlərinə uyğun gəlmir", - deyə "Liberation" rəhbərliyi bu addımı izah edib.
Öz növbəsində, "Le Monde"un direktoru Jerom Fenolio qəzetin sosial şəbəkədə olmasının müsbət nəticələrdən daha çox mənfi nəticələrə səbəb olduğu fikrini ifadə edib. O, həmçinin "X"in sahibi İlon Maskı şəbəkədən rəqiblərə və Avropa hökumətlərinə təzyiq vasitəsi kimi istifadə etməkdə günahlandırıb.
Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniyanın "The Guardian" qəzeti "X" platformasında post dərc etməyəcəyini bildirmişdi.
"X sosial şəbəkəsi" teqi üzrə xəbərlər
- Mask "X" sosial şəbəkəsində qiymətləri İKİQAT ARTIRDI
- Maskın "OpenAI"ni təxminən 100 milyard dollara almaq istəyinə Altmandan əks-təklif
- Paris prokurorluğu "X" sosial şəbəkəsi ilə bağlı araşdırmaya başlayıb
- İlon Mask "X" sosial şəbəkəsində qeydiyyatı pullu edəcək
- İlon Maskın Tramp administrasiyasında əsl vəzifəsi öyrənildi