ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt Amerika prezidenti Donald Trampın müsəlmanların haqlarını tapdalayan siyasətinə cavab olaraq islam dinini qəbul etməyə hazır olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə o, “Twitter”də yazıb.
“Mən katolik kimi tərbiyə edilmişəm, daha sonra Yepiskop kilsəsinə getmişəm, daha sonra isə ailəmin iudaizm təriqətinə aid olduğunu gördüm. Mən həmrəylik əlaməti olaraq islamı qəbul etməyə hazıram”, - Olbrayt mikrobloqunda yazıb.
Olbraytın sözlərinə görə, ABŞ dinindən və irqindən asılı olmayaraq, hamı üçün azad olmalıdır.
Çərşənbə günü Tramp immiqrasiya siyasətinin və sərhəd nəzarətinin sərtləşdirilməsinə dair fərman imzalayıb. Prezident 120 gün ərzində ABŞ-a qaçqınların qəbul edilməsini dayandırmaq niyyətindədir. Bundan başqa, 30 gün ərzində İraq, İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan sakinlərinə Amerika vətəndaşlığının verilməsi dayandırılacaq.
N.O.
www.oxu.az