Macarıstanın Baş naziri Peter Madyar Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukrayna qarğıdalısının Macarıstan ərazisindən tranzitlə Qərbi Avropaya daşınması ilə bağlı xahişinə müsbət cavab verdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Macarıstan hökumətinin başçısı bu barədə RTL telekanalına müsahibəsində danışıb.
"Təkbətək görüşümüz zamanı Zelenski bildirdi ki, qarğıdalının Qərbi Avropaya, məsələn, möhürlənmiş vaqonlarla təchiz olunmuş qatarlarla daşınması Ukraynaya böyük dəstək olardı", - deyə o əlavə edib.
Baş nazirin sözlərinə görə, Ukrayna yüklərinin Macarıstan ərazisindən yalnız tranzit məqsədilə keçirilməsinə heç bir maneə yoxdur.
Madyar vurğulayıb ki, Brüsseldə keçirilən sonuncu Avropa İttifaqı sammitində Zelenski Polşa, Rumıniya, Slovakiya, Macarıstan və digər qonşu ölkələrə müraciət edərək Ukrayna mallarının tranzitinə yenidən icazə verilməsini istəyib.