Moskvada polis işçisini saxlanılan şəxslə sekslə məşğul olduğu üçün işdən azad ediblər, Oxu.Az “İnterfaks”a istinadən xəbər verir.
“Noyabrın 4-də “Ulisa Akademika Yangelya” metrostansiyası platformasında Moskva metropolitenində 8-ci polis bölməsində, baş serjant mühacir qanunvericiliyini pozan qadını polis otağına gətirib və ona qarşı zor tətbiq etmədən seksual xarakterli hərəkət edib”, - Rusiyanın Moskva üzrə DİN Dİ-nin mətbuat xidmətinin əməkdaşı bildirib.
Baş serjantın bir sıra rəhbəri intizam məsuliyyətinə cəlb edilib.