Nigeriyanın Laqos şəhərində 21 mətəbəli binanın uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Ölkənin Fövqəladə Hallar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 8 nəfər dağıntılar altından sağ çıxarılıb.
Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Ölənlərin sayının artacağı istisna olunmur.
VIDEO: Another victim rescued from collapsed Lagos building — despite heavy rain
— TheCable (@thecableng) November 1, 2021
🎥: @lasemasocial pic.twitter.com/VLg8gZtAFG
Qeyd edək ki, dünən bina uçqununda 7 nəfərin öldüyü bildirilirdi.
Mənbə: “Frans Press”