Norveçin Baş naziri Yonas Qar Stere elan olunmamış səfərlə Kiyevə gedib.
Oxu.Az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə prezidentin ofis rəhbəri Andrey Yermak "Telegram" kanalında məlumat yayıb.
O, Sterenin Kiyevə gəlişinin kadrlarını paylaşıb.
"Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə birlikdə Norveçin Baş naziri Yonas Qar Stereni qarşıladıq", - deyə Yermak yazıb.
O qeyd edib ki, Norveç həmişə Ukrayna xalqını dəstəkləyir.
Xatırladaq ki, avqustun 25-də Almaniyanın maliyyə naziri, vitse-kansleri Lars Klinqbayl da Kiyevə səfər edib.