Barak Obama aprelin 24-də ABŞ-ın prezident postunu tərk etdikdən sonra ilk dəfə kütlə qarşısında çıxış edib.
Oxu.Az bu barədə Lenta.ru-ya istinadən xəbər verir.
Çikaqo Universitetində gənclər qarşısında çıxışı zamanı o, yetişən nəsil ilə işləməyə hazırlaşdığını bildirib.
“Edə biləcəyim ən əsas və ən vacib olan şey – dəyişən dünyada estafeti qəbul etmək üçün yeni nəslin liderlərini yetişdirməkdə yardım etməkdir”, - Obamanın sözlərini agentlik sitat gətirib.
O vurğulayıb ki, məhkəmə islahatları və siyasətin maliyyələşdirilməsi sahəsində çalışmağı planlaşdırır.
ABŞ-ın 44-cü prezidenti, həmçinin çıxışında bir dəfə də olsun Ağ evin hazırkı sahibi Donald Trampın adını çəkməyib.
N.О.
www.oxu.az