Pakistan və Əfqanıstan nümayəndə heyətləri gələn həftənin sonunda Türkiyədə danışıqları davam etdirəcəklər.
Oxu.Az bildirir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif "X" sosial şəbəkə hesabında məlumat verib.
"Nümayəndə heyətləri oktyabrın 25-də İstanbulda yenidən görüşəcəklər və biz bütün təfərrüatı müzakirə edəcəyik", - deyə o vurğulayıb.
Xatırladaq ki, Qətər Xarici İşlər Nazirliyi Pakistan və Əfqanıstanın Dohada danışıqlar zamanı dərhal atəşkəsə dair razılığa gəldiklərini bəyan edib.
پاکستان اور افغانستان کے مابین سیز فائر کا معاہدہ طے پاگیا۔ پاکستان کی سرزمین پہ افغانستان سے دھشت گردی کا سلسلہ فی الفور بند ھوگا۔ دونوں ھمسایہ ملک ایک دوسرے کی سرزمین کا احترام کریں گے الحمدوللہ
— Khawaja M. Asif (@KhawajaMAsif) October 18, 2025
25اکتوبر کو استنبول میں دوبارہ وفود میں ملاقات ھو گی۔ اور تفصیلی معاملات بات ھوگی۔… pic.twitter.com/OKNbRuXEPU