Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Dövlət başçıları ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından ciddi narahatlıqlarını bildiriblər.
Qeyd olunub ki, belə addımlar Yaxın Şərqdə sülh prosesinə böyük zərbədir.
Türkiyə prezidenti dekabrın 13-də İstanbulda Qüdsün statusu ilə bağlı keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının toplantısı ilə bağlı Putini məlumatlandırıb.
S.B.
www.oxu.az