Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qış aylarında D vitamini çatışmazlığından qorunmağın yolu tapılıb
Böyük Britaniyanın Bat və Kembric universitetlərinin alimləri müəyyən ediblər ki, müntəzəm orta intensivlikdə məşqlər qış aylarında vitamin D səviyyəsinin azalmasının qarşısını ala bilər.
Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "Advanced Science" (AdvSci) jurnalında dərc olunub.
10 həftəlik eksperiment zamanı artıq çəkisi və piylənməsi olan iştirakçılar həftədə dörd seansdan ibarət qapalı məşq proqramını yerinə yetiriblər.
İki seans qaçış zolağında yeriməyə, bir seans az sürətlə uzunmüddətli velosiped gəzintisinə, sonuncu seans isə yüksək intensivlikli intervallı velosiped sürməyə ayrılıb.
Qışda günəş işığı D vitamininin hasil edilməsinə kömək etmədiyi zaman idman etməyənlərdə bu maddənin qanda ümumi səviyyəsi təxminən 25% azalıb. İdmanla məşğul olanlarda isə azalma yalnız təxminən 15% olub.
"D vitamini" teqi üzrə xəbərlər
- B və D vitaminləri təhlükə saçır: Endokrinoloq izah edir
- "D" vitamini çatışmazlığını aradan qaldırmağın ən sadə üsulları açıqlandı
- İmmunitetimizi necə gücləndirək? Həkim orqanizmin üç müdafiə xəttindən danışdı
- İmmunitetin möhkəmləndirilməsi üçün əsas qida məhsulları açıqlandı
- "Omeqa-3" qəbulu qocalmanı ləngidir: Alimlərdən yeni araşdırma