Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Roma” Mourinyosuz ilk oyununda qalib gəldi - VİDEO
İtaliya A Seriyasının 20-ci turunda “Roma” və “Verona” komandaları qarşılaşıb. Romadakı “Olimpiko” stadionundakı matç ev sahiblərinin qələbəsilə yekunlaşıb - 2:1.
İlk hissənin 19-cu dəqiqəsində Romelu Lukaku matçda hesabı açaraq “Roma”nı önə keçirib. Tezliklə, artıq 25-ci dəqiqədə Lorenzo Pelleqrini görüşdə meydan sahiblərinin üstünlüyünü artırıb. 76-cı dəqiqədə Mixael Folorunşo fərqi birə endirib. Lakin bundan daha artığına qonaqların gücü çatmayıb.
Bu matçın nəticəsindən sonra “Roma” 32 xal toplayaraq A Seriyasında səkkizinci pilləyə yüksəlib. “Verona” isə 17 xalla 18-ci yerdədir.
Qeyd edək ki, bu, Joze Mourinyonun komandanın baş məşqçi postundan qovulmasından sonra romalıların ilk oyunu olub.
"İtaliya" teqi üzrə xəbərlər
- "Google" İtaliya ilə mübahisəni həll etmək üçün külli miqdarda pul ödəyəcək
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI
- İtaliyada təyyarədə gizlənən pişik uçuşu iki günlük iflic etdi
- İtaliyada fırıldaqçılar nazirin səsini təqlid edib, külli miqdarda pul ələ keçirdilər
- İtaliya sahillərində zəlzələ oldu