"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu "Real"ın müdafiəçisi Naço Fernandes və "Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro ilə onların Səudiyyə Ərəbistanı klubuna keçidi imkanlarını müzakirə edib.
Məlumata görə, portuqaliyalı hücumçu klubda getdikcə nüfuz qazanır və özünü qalibiyyət təcrübəsi olan yüksək səviyyəli oyunçularla əhatə etmək istəyir.
Qeyd edək ki, Naçonun cari mövsümün sonunda Madrid klubunu tərk edəcəyi ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, ispaniyalı futbolçu üçün prioritet MLS-ə keçiddir. Kazemironun yay transfer pəncərəsi zamanı satıla biləcəyi ilə bağlı da söz-söhbətlər var.
Mənbə: championat.com