"Vogue" jurnalı "Ən-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu ilə model Corcina Rodriqesin toyundan eksklüziv görüntülər yayımlayıb.
Oxu.Az xəbər verir ki, görüntülər nəşrin "X" sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.
Mərasim avqustun 11-də Portuqaliyada, cütlüyün tanışlığının 10-cu ildönümündə baş tutub. Cütlük böyük mərasim keçirməkdən imtina edərək toyu öz evlərinin qonaq otağında təşkil edib. Rodriqes toyun məhz təsəvvür etdiyi kimi keçdiyini bildirib.
Cütlük qonaqları üçün mərasimin keçirildiyi yerin yaxınlığında yerləşən beşulduzlu "Savoy Palace" otelini bron edib. Otelin qonaqlarına avqustun 7-si və 8-də iki mərtəbənin, həmçinin bir neçə bar zonasının bağlı olacağı barədə məlumat verilib.
Ronaldu və Rodriqes 2016-cı ildən birlikdədirlər. Futbolçu Rodriqeslə birgə qızları Alana Martina və Bella Esmeraldanı, həmçinin surroqat analardan dünyaya gələn üç övladını - Kriştianu-kiçik, Eva və Mateonu böyüdür.