Rusiya OPEK üzvlərinin İstanbulda keçirilən danışıqlarına qoşulacaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın neft sənayesi naziri Euloxio del Pino bildirib.
Euloxio del Pinonun sözlərinə görə, görüşdə Səudiyyə Ərəbistanı, Əlcəzair, Qətər və BƏƏ-nin nazirləri, eləcə də Rusiyanın energetika naziri Aleksandr Novak iştirak edəcək.
Venesuela nazirinin sözlərinə görə, görüşdə OPEK-ə daxil olmayan ölkələrin, təşkilatın üzv-ölkələrinin neft hasilatının məhdudlaşmasına dair əldə etdikləri razılaşmada iştirakı müzakirə ediləcək.
Daha öncə “Reuters” Əlcəzairin energetika naziri Nürəddin Butarfuya istinadən OPEK-in üzv-ölkələrinin və təşkilata üzv olmayan dövlətlərinin görüşünün 8-13 oktyabrda İstanbulda keçiriləcəyinə dair məlumat yaymışdı.
N.O.
www.oxu.az