Rusiyanın paytaxtı Moskvada azərbaycanlı Vaqif Süleymanov saxlanılıb.
Oxu.Az-ın "Baza" "Telegram" kanalına istinadən məlumatına görə, o, Saxarovoda xüsusi müəssisəyə aparılıb, orada üç ay saxlanılacaq. Daha sonra o, Azərbaycana deportasiya ediləcək.
İddia olunur ki, V.Süleymanov kriminal dairələrdə nüfuzlu şəxsiyyətdir.
Məlumata görə, ondan başqa, Orenburqda Zaur adlı bir azərbaycanlı da saxlanılıb. Onun da kriminal iyerarxiyada yüksək mövqe tutduğu bildirilir.