Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının tarix üzrə ekspert şurası Rusiyanın mədəniyyət naziri Vladimir Medinskinin dissertasiyasına baxandan sonra onun doktorluq dərəcəsinin ləğv edilməsini məsləhət görüb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə TASS AAK-nin mətbuat xidməti Valeriya Antonova xəbər verib.
“Amma burada son nöqtəni Attestasiya Komissiyasının rəyasət heyəti qoyacaq. Attestasiya Komissiyasının rəyasət heyəti RF mədəniyyət nazirinin alimlik dərəcəsinin ləğvi məsələsinə 20 oktyabrda baxacaq”, - deyə Antonova bildirib.
Xatırladaq ki, 2016-cı ildə “Dissernet” cəmiyyətinin tarixçi alimi İvan Babitski Rusiyanın Təhsil və Elm Nazirliyinə müraciət edərək bildirib ki, Vladimir Medinskinin “XV-XVII əsrlərin ikinci yarısı Rusiya tarixinin işıqlandırılmasında obyektivlik problemləri” adlı dissertasiyası heç bir elmi dəyər kəsb etmir. O, mədəniyyət nazirinin doktorluq elmi dərəcəsindən məhrum edilməsini tələb edib.
N.O.