Son vaxtlar tez-tez eşitdiyimiz telefon partlaması hadisələrinə biri də əlavə olunub.
Oxu.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, Türkiyədə bir istifadəçi başına gələn hadisəni haberturk.com-a danışıb:
“Gecə saat 01:20-də yatdım. Telefonumu yataq otağında şarja taxdım. Gecə saat 04:35-də telefonum yanmağa başladı. Oyandığm zaman ilk əvvəl elektriki söndürdüm. Daha sonra telefonun üzərinə su tökərək alovu söndürdüm. Telefonum tanınmaz hala düşmüşdü”.
