Səudiyyə Ərəbistanının şərqində yerləşən Dəhran şəhərində neft şirkətinin qərargahı yaxınlığında partlayış səsləri eşidilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Bundan qısa müddət sonra Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şəhər üzərində hava hədəfinin məhv edildiyini açıqlayıb.
"Yəməndəki husilərin terrorçu birləşmələri tərəfindən Dəhran şəhəri istiqamətində buraxılan ballistik raket ələ keçirilərək məhv edilib", - deyə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki "X" sosial şəbəkəsindəki bəyanatında bildirib.
Koalisiya nümayəndəsi əlavə edib ki, vurulan raketin qalıqları şəhərin yaşayış məhəlləsinə düşüb. Hazırda hadisə yerində müvafiq xidmətlər işləyir.