Əfqanıstanın "Taliban" hökuməti Baqram hava bazasına nəzarəti ABŞ-yə ötürmək üçün müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə sabiq Əfqanıstan prezidentinin sözçüsü Nəcib Azad "Facebook" səhifəsində paylaşdığı videomüraciətdə bəyan edib.
Azadın sözlərinə görə, ABŞ-nin 7-ci Xüsusi Təyinatlı Qrupu (hava-desant) artıq Pərvan əyalətindəki Baqram hava bazasına yollanıb.
O əlavə edib ki, bu bölmələr Eqlin aviabazasından yola düşüb və yaxın bir neçə saat ərzində Baqrama çatması gözlənilir.