"ABŞ İrana qarşı hücumların mümkün bərpasına hazırdır".
Oxu.Az-ın xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp CNN telekanalının efirində bildirib.
Onun sözlərinə görə, ABŞ-nin üç təyyarədaşıyan gəmisi Yaxın Şərqdə döyüşə tam hazır vəziyyətdədir:
"Bundan əlavə, İrandakı hədəflər arasında 38 körpü var ki, ABŞ Silahlı Qüvvələri sözün əsl mənasında bir saat ərzində bu körpüləri dağıda bilər. Hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə, bu körpülər məhv ediləcək".
Trampın sözlərinə görə, o, İranın infrastrukturunu məhv etmək istəməzdi, çünki onun bərpasına 10 il lazım gələcək.
"Mən körpüləri dağıtmağı sevmirəm. Körpü ən mürəkkəb tikilidir. Onun tikintisi illər çəkir, mən isə yaxşı inşaatçıyam", - deyə ABŞ lideri bildirib.