ABŞ prezidenti Donald Tramp İsrail səfərinin sonunda Fələstinin rəhbəri Mahmud Abbas ilə görüşüb. Görüş İordan çayının sahilində Beytləhm (Vifleyem) şəhərində baş tutub.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, görüşdə həmçinin Fələstinin baş naziri Rami əl-Həmadallah iştirak edib.
Bu ərəfədə Mahmud Abbas Fələstin-İsrail münasibətlərini nizamlamağa dair niyyətini bəyan edib.
Eyni zamanda BBC Türkiyə, Donald Tramp Abbasa terrorizm ilə mübarizə etməyə hazır olduğunu bildirdiyi üçün təşəkkür edib.
O, bəyan edib ki, israillilər və fələstinlilər arasında sülhün bərqərar olması üçün “əlindən gələni” edəcək. Ən mürəkkəb məsələ isə onlar arasında birbaşa danışıqların təşkil edilməsidir.
N.О.
www.oxu.az