Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Tramp jurnalistin qətlinin səs yazısını dinləmədi
ABŞ prezidenti Donald Tramp səudiyyəli jurnalist Camal Kaşıkçının qətlinin səs yazısına qulaq asmaqdan imtina edib.
Oxu.Az xəbər verir ki, Tramp “Fox News”a müsahibəsində bunun səbəbini açıqlayıb.
“Qulaq asmaq istəmirəm, çünki bu, əzabverici yazıdır. Dəhşətli yazıdır. Bu, çox qəddar, çirkli və vahiməli idi”, - deyə o vurğuyıb.
Qeyd edək ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən səs yazısının ABŞ, Fransa, Almaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanına təqdim edildiyini bildirib.
Xatırladaq ki, Kaşıkçı oktyabrın 2-də sənəd almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.
Rəylər