ABŞ Prezidenti Donald Tramp ölümündən sonra cəhənnəmə yox, cənnətə getməyə ümid etdiyini bildirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "CBS News" telekanalı məlumat verib.
Telekanal ondan ölümündən sonra cənnətə getməyi gözləyib-gözləmədiyini soruşub.
"Ümid edirəm ki, hə. Mən cəhənnəmə düşmək istəmirəm", - deyə Tramp cavab verib.
Daha əvvəl Donald Tramp ABŞ-nin Ukraynadakı münaqişəyə son qoymaq səylərinin onun cənnətə düşmək şansını artırdığına ümid etdiyini bildirmişdi.
Qaynar xətt:
(055) 224 12 12