"Prezident olmaq çox təhlükəli işdir".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.
"İdman avtomobili pilotunun ölmə ehtimalı bir faizdir. Bu, çox deyil. Rodeoda öküz üzərindəki minicinin də ölmə ehtimalı o qədərdir" , - deyə o vurğulayıb.
Ağ Ev rəhbəri bu işlərin təhlükəli olduğunu etiraf edib, eyni zamanda, bildirib ki, ölkə prezidenti vəzifəsini tutduqdan sonra həlak olma ehtimalı 5 faizə qədər artır.