Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tramp Səudiyyə Ərəbistanına səfər etdi
ABŞ Prezidenti Donald Tramp yanvar ayında vəzifəyə başladıqdan sonra ilk rəsmi xarici səfəri çərçivəsində Səudiyyə Ərəbistanına gedib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı xəbər yayıb.
Bildirilir ki, Trampın təyyarəsi Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanında eniş edib.
ABŞ prezidentinin bu gün Səudiyyə Ərəbistanı rəhbərliyi ilə görüşəcəyi və investisiya forumunda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Tramp 13-16 may tarixlərində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində səfərdə olacaq. Aprel ayının sonunda Romada keçirilən Roma Papası Fransiskin dəfn mərasimindəki qısa iştirakını nəzərə almasaq, bu, Trampın 20 yanvarda prezident səlahiyyətlərinin icrasına başlamasından sonra ilk tammiqyaslı xarici turudur.
ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və maliyyə naziri Skott Bessent daxildir.
Səfər zamanı nümayəndə heyətinin diqqət mərkəzində ABŞ ilə körfəz ölkələri arasında investisiya əməkdaşlığının genişləndirilməsi, eləcə də Qəzza zolağı, Yəmən və Ukraynadakı münaqişələrin tənzimlənməsi ilə bağlı müdafiə və təhlükəsizlik məsələləri olacaq.
"Səudiyyə Ərəbistanı" teqi üzrə xəbərlər
- Fatih Terim Səudiyyə Ərəbistanı klubu ilə yolları ayırmaq qərarına gəlib
- Alimlər radiasiyaya qarşı "görünməz qalxan" hazırladılar
- Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı açıqlandı
- "Qalatasaray"dan "Əl-Hilal"a - Nigeriyalı hücumçu rekord məbləğə razılaşdı
- Zinəddin Zidan 100 milyon avroluq maaş təklifini rədd etdi