"Venesuela heç vaxt Amerika Birləşmiş Ştatlarının 51-ci ştatına çevrilməyəcək".
Oxu.Az xəbər verir ki, bu barədə "NTN24" telekanalı ölkənin vitse-prezidenti və prezident səlahiyyətlərini icra edən Delsi Rodrigesin açıqlamasına istinadən məlumat yayıb.
"Belə bir ssenari heç vaxt nəzərdə tutulmayıb. Çünki venesuelalılar üçün ən böyük dəyər onların müstəqillik uğrunda mübarizəyə və azadlığa olan bağlılığıdır", - deyə telekanal onun sözlərindən sitat gətirib.
Xatırladaq ki, bir müddət əvvəl "Fox News" ABŞ Prezidenti Donald Trampın Venesuelanı Amerikanın 51-ci ştatına çevirmək ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini yazmışdı.
ABŞ Prezidenti Donald Tramp Venesuelanı Amerikanın 51-ci ştatına çevirmək imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib.
Oxu.Az xəbər ki, bu barədə "Fox News" kanalının reportyoru Bill Melucin "X" sosial media platformasında paylaşım edib.
"Prezident Tramp az əvvəl telefon danışığı zamanı "Fox News"dakı həmkarım Con Robertsə bildirib ki, Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsi ehtimalını ciddi şəkildə dəyərləndirir. O, həmçinin qeyd edib ki, Venesuelada 40 trilyon dollar dəyərində neft ehtiyatı var və "Venesuela Trampı sevir", - deyə paylaşımda vurğulanıb.