Ermənistan və ABŞ arasında "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi ilə bağlı strateji əməkdaşlıq haqqında Çərçivə Sazişi Ermənistan Konstitusiyasına zidd deyil.
Oxu.Az-ın məlumatına görə, bu barədə respublikanın Konstitusiya Məhkəməsinin (KM) mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Sazişin konstitusiyaya uyğunluğunun araşdırılmasına bir gün əvvəl başlanılıb və məhkəmənin tam qərarı üç gün ərzində dərc olunacaq.
KM-in müsbət rəyindən sonra sənəd təsdiqlənmək (ratifikasiya) üçün ölkə parlamentinə göndəriləcək. Ermənistan hökuməti sözügedən sənədi bu il iyulun 16-da Konstitusiya Məhkəməsinə təqdim edib.
Qeyd edək ki, iyunun 4-də İrəvan və Vaşinqton Ermənistan ərazisində TRIPP layihəsi ətrafında strateji əməkdaşlığa dair çərçivə sazişi imzalayıblar.