Türkiyə BRICS dövlətlərarası birliyində tam formatda iştirak etmək üçün müraciət edib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Türkiyə BRICS-də tam formatda iştirak etmək üçün müraciət edib. Birliyin ölkələri bu müraciətə baxacaqlar", - deyə Kreml nümayəndəsi qeyd edib.
Rəylər