Türkiyənin üç vilayətində baş verən meşə yanğınları səbəbindən 50 mindən çox insan təxliyə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
"İzmir, Bilecik və Hatayda baş verən meşə yanğınları ilə əlaqədar 50 mindən çox vətəndaş təhlükəsiz ərazilərə təxliyə edilib", - nazir "X" hesabında yazıb.
Ən şiddətli meşə yanğınları Egey sahilində yerləşən İzmir vilayətində qeydə alınıb. Türkiyənin kənd təsərrüfatı naziri İbrahim Yumaklı daha əvvəl bildirib ki, yanğınların söndürülməsi üçün 14 helikopter, 4 təyyarə və mindən çox şəxsi heyət cəlb olunub.
İzmir, Bilecik ve Hatay’da meydana gelen orman yangınları sonrası 50 binin üzerinde vatandaşımız geçici olarak güvenli bölgelere alındı.
— Ali Yerlikaya (@AliYerlikaya) June 30, 2025
🔻İlk belirlemelere göre;
Bilecik’te 64 konut, 3 iş yeri ve 20 ahır;
İzmir’de 132 konut ve 1 iş yeri hasar gördü.
🔻Bilecik ve İzmir…