Sentyabrın 2-də Mərmərə dənizində ALSU tankeri ilə "Tuğberk İmamoğlu" gəmisinin toqquşması faktı üzrə İstanbul şəhərinin Silivri Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində iki nəfər həbs edilib.
Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
*Türkiyədə iki gəmi toqquşdu: İtkin düşənlər var - DETALLAR
İstintaq çərçivəsində ALSU gəmisinin aşpazı istisna olmaqla 10 nəfərlik heyətindən 9 nəfəri şübhəli qismində dindirilib.
Prokurorluq tərəfindən təyin olunmuş ekspert komissiyasının hazırladığı ilkin rəydən sonra ifadələri gəmidə alınan altı şübhəli hakim qarşısına çıxarılıb.
Məhkəmə ALSU gəmisinin birinci və üçüncü kapitanları barəsində həbs qətimkan tədbiri, digər dörd şəxs barəsində isə məhkəmə nəzarəti qətimkan tədbiri seçib.
Xatırladaq ki, toqquşma nəticəsində "Tuğberk İmamoğlu" batıb, onun 10 nəfərlik heyəti isə itkin düşüb.