ABŞ-ın “Pfizer” şirkətinin Almaniyanın “Biontech” müəssisəsi ilə birgə istehsal etdiyi vaksinin növbəti partiyası Türkiyəyə gətirilib.
Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
“Bu gün 700 min dozadan artıq Biontech peyvəndi ölkəmizə çatdı. Beləliklə də, istifadəyə hazır 1.4 milyon dozalıq vaksinimiz var”, - deyə nazir “Twitter” səhifəsində yazıb.
O, bu vaksinin ilk dəfə tətbiq olunacağını da bildirib.
Bugün ayrıca 700 bin dozdan fazla Biontech aşısı daha ülkemize ulaştı. Böylece yaklaşık 1.4 milyon doz kullanıma hazır aşı ulaşmış oldu. Bu aşı ülkemizde ilk defa kullanılacak. Aşı ,saklama koşulları uygun olan her merkezimizde uygulanacak.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) March 24, 2021