Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yaponiyada demoqrafik fəlakət barədə şok proqnoz: Ölkədə cəmi bir uşağın qalacağı tarix açıqlandı
Yaponiyanın Tohoku Universitetinin professoru Hiroşi Yoşida ölkədə dünyaya gələcək sonuncu uşaq barədə şok proqnozunu açıqlayıb.
Oxu.Az-ın "The Japan Times"a istinadla verdiyi məlumata görə, alim bunun 2720-ci ilə qədər baş verəcəyini deyib.
Onun sözlərinə görə, həmin müddətə qədər Yaponiyada 14 yaşdan kiçik cəmi bir uşaq qalacaq.
Mütəxəssis ölkədə yetkinlik yaşına çatmayanların sayının illik azalması ilə bağlı statistik məlumatları təhlil edib. Məlum olub ki, 2023-cü ildə doğum əmsalı rekord aşağı həddə - 1.30-a çatıb.
Materialdan məlum olur ki, Yaponiyada uşaqların sayının azalmasının səbəblərindən biri nikahların sayının azalmasıdır. Bu fonda vətəndaşlar tanışlıq proqramlarını həyat yoldaşı tapmaqda kömək edə biləcək vasitə kimi görməyə başlayıblar.
Məqalədə 2024-cü ildə evlənən kişi və qadınlar arasında aparılan sosioloji sorğunun nəticələri təqdim edilib. Analitiklər müəyyən ediblər ki, 40 yaşadək olan hər dördüncü cütlük bu cür mobil tətbiqlər vasitəsilə tanış olub.
Nəşrin müəllifləri qeyd ediblər ki, hətta Tokio bələdiyyəsi öz tanışlıq proqramını işə salıb. Bununla hakimiyyət sakinlərə öz yarlarını tapmaqda kömək etməyi planlaşdırır.
Lakin buna baxmayaraq, Yoşida hələlik belə nəticəyə gəlib ki, növbəti 695 il ərzində Yaponiyada 14 yaşdan kiçik uşaqların sayı bir nəfərə qədər azalacaq. Professor dəqiqləşdirib ki, bu, 2720-ci il yanvarında baş verə bilər.
"Yaponiya" teqi üzrə xəbərlər
- Şimali Koreyadan yeni ildə ilk raket buraxılışı: ABŞ-yə hədə-qorxu gəlir?
- Planetin ən yaşlı sakini dünyasını dəyişdi
- Bayden ABŞ-nin ən qədim poladəritmə şirkətini yaponlara satmaqdan imtina etdi
- Yaponiyada qəribə hadisə: Evinə qayıdan kişi gözləmədiyi "qonaq"la qarşılaşdı və qaçdı
- Yapon barlarında müştəriləri şillələmək qadağan edildi: Maraqlı xidmət niyə dayandırıldı?
Rəylər