“İslam dövləti” yaraqlıları terror aktları üçün minalanmış uzunqulaqlardan istifadə edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti “As-Sumariya”ya istinadən bildirib.
Bu yaxınlarda iraqlı minaaxtaranlar Al-Mikdadiya şəhərinin yaxınlığında altı heyvanı zərərsizləşdiriblər. Yerli asayiş keşikçisinin sözlərinə görə heyvanlardan heç biri zərər çəkməyib.
Polislər heyvanlara mina bağlamaqda şübhəli bilinən şəxsi saxlayıblar. Onların sözlərinə görə ekstremistlər İraqın təhlükəsizlik qüvvələrinə hücum üçün bütün mümkün üsulardan istifadə edirlər.
“İslam dövləti” qruplaşmasının yaraqlıları İraqa, sonra isə Suriyaya hücum ediblər. Bu ilin yayında bu iki dövlətin ərazilərinin bir hissəsi onların nəzarəti altına keçdi. Avqustda ABŞ İraqda “İslam dövləti”nin mövqelərini bombardman etməyə başlayıb. Sentyabr ayında İD qarşı mübarizə üzrə beynəlxalq koalisiya yaradılıb.
Sentyabrın 23-də amerika aviasiyası müttəfiqlərinin dəstəyi ilə islamçıların Suriyada olan mövqelərinə ilk zərbələri endirib. Bu əməliyyatda Amerikaya Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, İordaniya və BƏƏ dəstək göstərib. Avropa ölkələrindən isə – Fransa, Belçika, Niderland bu dəstəyi verib. Sentyabrın 26-da bu beynəlxalq koalisiyaya birləşmək qərarını Danimarka bildirib.