11 
Dek
2017
14:00
100
20
5510
Virtual karabakh

“Azərişığa” cavab verdilər – FAKT

11 Dek, 2017
14:00
5510

“Azərişığa” cavab verdilər – FAKT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərişıq” ASC tərəfindən elektrik enerjisi sərfiyyatına görə istehlakçılara göndərilən bildirişlərin qanunvericiliyin tələblərinə zidd olması barədə xəbər (“Azərişıq” yüz minlərlə abunəçini necə aldadır? – ARAŞDIRMA) vermişdik. Buna əsas kimi elektrik enerjisi sərfiyyatına görə hesablanmış borcun ödənilməsi üzrə qanunvericilikdə müəyyən edilmiş 1 ay müddətinin bildirişlərdə əks olunmamasını gətirmişdik.

Bildirmişdik ki, Oxu.Az-ın 5 ay əvvəl apardığı araşdırmasına cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 1 ay müddətinin bildirişlərdə əks olunması yönündə “Azərişıq” ASC-nin zəruri tədbirlər gördüyünü açıqlasa (“Azərişıq” səhvini düzəldir – RƏSMİ AÇIQLAMA) da, borc kağızları hələ də qanunvericiliyin tələblərinə uyğunlaşdırılmayıb (“Azərişıq” Dövlət Xidmətini saymır? Səhlənkarlıq, yoxsa qəsd?).

Məsələ ilə bağlı Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin mövqeyini (Elektrik enerjisi sərfiyyatını əks etdirən bildirişlər niyə qanunvericiliyin tələblərinə cavab vermir?) də ictimaiyyətin diqqətinə çatdırmışdır.

Mətbuat xidmətinin rəhbərinin “O ki qaldı bildirişlərdə enerji sərfiyyatına görə hesablanmış borcun ödənilməsi üzrə 1 ay müddətinin əksini tapmamasına, bu, məcburi deyil. Çünki əsas sayğacın göstəricisidir. Abonent özü də borcuna baxa bilir. Bildirişə ehtiyac qalmır” fikrinə oxuculardan cavab gəlmişdir.

Oxucumuz qeyd edir ki, “Cənab T.Mustafayevin açıqlaması “Azərişıq” ASC-nin əvvəlki mövqeyi ilə üst-üstə düşmür. Belə ki, “Azərişıq” ASC-nin mənə ünvanladığı məktubunda “Bildiriş-xəbərdarlığ”ın 4-cü qeydində “müəyyən edilmiş müddətdə ödənilmədikdə elektrik enerjisinin verilişi dayandırılacaqdır” sözlərinin artıq müvafiq qanunvericiliyin tələblərinə uyğunlaşdırılması qeyd edilmişdir. Bunu etmədiklərinə görə müraciətim əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin müdaxiləsindən sonra “Azərişıq” tərəfindən Dövlət Xidmətinə rəsmi məlumat verilmişdir ki, müəyyən texniki məsələlərin həll edilməsindən sonra proqram təminatında dəyişiklik ediləcək və bildirişin 4-cü qeydində “qanunvericilikdə müəyyən edilmiş müddətdə” sözləri “30 gün müddətində” sözləri ilə əvəz ediləcəkdir. Bundan başqa “Elektrik enerjisindən istifadə Qaydaları”na 7 nömrəli əlavə - Enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən məişət abonentinə  təqdim edilən elektrik enerjisi sərfinə görə birtipli Ödəniş sənədində son ödəmə tarixinin qeyd edilməli olması aydın şəkildə tələb edilir. “Elektroenergetika haqqında” Qanunun 11-ci maddəsinə, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci bəndinə əsasən elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya təqdim edildikdən sonra bir ay müddətində ödənilməlidir. T.Mustafayevin bu qaydalardan xəbərsiz olması inandırıcı deyil. Adı çəkiən sənədləri hər bir abunəçi internetdə tapıb oxuya bilər”.

Digər bir oxucumuzun redaksiyaya göndərdiyi bildiriş və xəbərdarlıqdan da “Azərişıq” tərəfindən müddətlərə riayət edilməməsi görünür.

Belə ki, 10.11.2017-ci il tarixində enerji sərfiyyatına görə borc barədə bildiriş verildikdən 10 gün sonra 20.11.2017-ci il tarixində həmin abunəçiyə borcunu 17:00-a qədər ödəməli olması barədə xəbərdarlıq edilmişdir. Halbu ki, abunəçinin borcu ödəmək üçün əlavə 20 günü də vardır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri