Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
VÖEN-in olması 190 manatlıq yardım almağa əngəldir? - Nazirdən AÇIQLAMA
“VÖEN-in olması 190 manatlıq yardım almaq üçün neytral xarakter daşıyır. Passiv VÖEN-ə görə kiməsə imtina verilibsə, buna aidiyyəti üzrə baxılmalıdır”.
Oxu.Az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, bunun yardımın verilməsi ilə bağlı qaydalar arasında olub-olmadığına baxılmalıdır.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov isə əlavə edib ki, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini ilə danışıb:
“Bu məsələ ətrafında çox söhbətlər olur. Nazir müavini ilə razılaşmışıq, VÖEN-in bu məsələyə aidiyyəti yoxdur. VÖEN, sadəcə, bir nömrədir.
Buna görə imtina alınıbsa, bu gün də təkrar müraciət edə bilərlər. Əgər yenə anlaşılmazlıq yaranarsa, aidiyyəti quruma müraciət edə bilərlər”.
İlhamə Əbülfət
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Konstantin Limitovski ilə görüşüb
- Mikayıl Cabbarovdan Dünya İqtisadi Forumunun hesabatına dair paylaşım
- Mikayıl Cabbarov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə paylaşım edib
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Mikayıl Cabbarov AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib