23 
Dek
2021
19:20
148
40
2209
Virtual karabakh

Gəncə, Masallı və Ucarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayacaq - FOTO

23 Dek, 2021
19:20
2209

Gəncə, Masallı və Ucarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabahdan Gəncə, Masallı və Ucarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayacaq. 

Həmin mərkəzlərdə 19 şəhər və rayon üzrə şəhid ailələri və müharibə iştirakçılarının müraciətləri qəbul olunacaq

Prezident İlham Əliyevin Fərmanının icrası işlərinin davamı olaraq, şəhid ailələri və müharibə iştrakçılarının  müraciətlərinin qəbulu məqsədilə dekabrın 24-də daha 3 şəhər və rayonda  - Gəncə şəhərində, Masallı və Ucar rayonlarında da regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayacaq. 

Mərkəzlərdə 6-sı dövlət orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti), 19-u aidiyyəti şəhər və rayonların icra hakimiyyətləri olmaqla, 25 qurum tərəfindən 26 istiqamətdə xidmətlər vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim ediləcək.

Mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Gəncə, Masallı, Ucar şəhərlərindəki ərazi filaillarının binasında fəaliyyət göstərəcək. Həmin şəhər və rayonlarla yanaşı, ətrafdakı bölgələr də daxil olmaqla ümumilikdə 19 rayon və şəhər üzrə şəhid ailələri və müharibə iştirakçılarına xidmət edəcək. 

- Gəncə şəhərindəki vahid əlaqələndirmə mərkəzində  (Gəncə şəhəri, Atatürk prospekti 12A) Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux rayonları üzrə,

- Masallı rayonundakı vahid əlaqələndirmə mərkəzində (Masallı şəhəri, Heydər Əliyev prospekti, 38)  Masallı, Astara, Cəlilabad, Lerik, Lənkəran, Yardımlı rayonları üzrə,

- Ucar rayonundakı vahid əlaqələndirmə mərkəzində  (Ucar şəhəri, Nəriman Nərimanov küçəsi,11)  Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Yevlax, Zərdab rayonları və Mingəçevir şəhəri üzrə vətəndaşların müraciətləri qəbul olunacaq.

Qeyd edək ki, bu il avqustun 23-dən Bakıdakı DOST mərkəzlərində, noyabrın əvvəlindən isə Abşerondakı DOST mərkəzində vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir və ötən dövrdə bu mərkəzlərdə 5700 şəxsə xidmətlər göstərilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri