Gəncədə futbol oynayarkən vəfat edən universitet tələbəsinin fotosu yayılıb.
Oxu.Az həmin fotonu təqdim edir:

Qeyd edək ki, 2007-ci il təvəllüdlü, Quba rayonundan olan Təbriz Nuriyev futbol oynayarkən qəfil halı pisləşib və meydançada vəfat edib. Gəncin ürək çatışmazlığından vəfat etdiyi ehtimal olunur.
Gəncədə universitet tələbəsi vəfat edib.
Oxu.Az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 2007-ci il təvəllüdlü, Quba rayonundan olan Təbriz Nuriyev futbol oynayarkən qəfil halı pisləşib və meydançada vəfat edib.
Hazırda onun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə yerləşdirilib.
Gəncin ürək çatışmazlığından vəfat etdiyi ehtimal olunur.