Şəkidə yaşayış binasında yanğın baş verib.
Oxu.Az xəbər verir ki, yanğın şəhərin M.Ə.Rəsulzadə prospektində yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb.
Hadisə nəticəsində bina sakinləri təxliyə ediliblər, xəsarət alanların olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.