Afrika Millətlər Kubokunun 1/8 final mərhələsinin oyununda Fil Dişi Sahili (Kot-d'İvuarı) yığması Misirlə qarşılaşıb. Oyun Duala (Kamerun) şəhərindəki eyniadlı stadionunda keçirilib.
Görüşün əsas və əlavə vaxtı qolsuz başa çatıb. Penaltilər seriyasında isə misirli futbolçular daha dəqiq olub - 5:4.
Beləliklə, Misir yığması Afrika Millətlər Kubokunda 1/4 finala yüksəlib, Kot-d'İvuar isə turnirdəki çıxışını başa vurub. Növbəti mərhələdə misirlilər bir müddət öncə Malavini 2:1 hesabı ilə məğlub edən Mərakeş millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, Afrika Millətlər Kubokunun souncu qalibi artıq turnirdən kənarda qalan Əlcəzairdir.
Mənbə: championat.ru