Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Oxu.Az xəbər verir ki, ikinci matçda “Neftçi” “Turan Tovuz”un qonağı olub.
Tovuz şəhər stadionunda keçirilən oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Yeganə qolu qarşılaşmanın 74-cü dəqiqəsində Denis Marandiçi vurub. Komandalar arasında cavab görüşü aprelin 26-da gerçəkləşəcək.
Qeyd edək ki, ilk yarımfinal matçında “Qəbələ” evdə “Səbail”i 3:2 hesabı ilə məğlub edib.
10:24
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, ikinci matçda “Neftçi” “Turan Tovuz”un qonağı olacaq. Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 16:00-da başlayacaq.
Cavab görüşü aprelin 26-da gerçəkləşəcək.
Qeyd edək ki, ilk yarımfinal matçında “Qəbələ” evdə “Səbail”i 3:2 hesabı ilə məğlub edib.
Azərbaycan Kuboku
Yarımfinal, ilk oyun
19 aprel
16:00. “Turan Tovuz” - “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu